Prezident onları səfir vəzifəsindən azad etdi
Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi, Mahir Məmməd oğlu Əliyev isə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Məlumat üçün bildirək ki, Fikrət Axundov 7 oktyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. O, daha əvvəl Xarici İşlər Nazirliyinində müxtəlif vəzifələrdə, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində birinci katib, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyində müşavir vəzifələrdə çalışıb.
Mahir Əliyev isə 26 iyun 1951-ci ildə Ağdaş şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının Suriyada fövqəladə və səlahiyyətli səfiri, 2012-2014-cü illərdə Azərbaycan Respublikasının Livanda Fövqəladə və səlahiyyətli səfiri, 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokrartik Respublikasında fövqəladə və səlahiyyətli səfiri və 2017-2019-cu illərdə isə Azərbaycan Respublikasının Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.
509 dəfə oxundu