“Azərbaycan Ordusunun bölmələri bir-birinə atəş açmayıb” - MN
“Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”.
Gundeminfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinin bir-birinə atəş açması barədə məlumat yayıb:
“Xüsusilə Basarkeçər rayonun Canəhməd kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin atəşkəs rejimini pozaraq əvvəlcə öz mövqelərinə doğru atəş açdıqları, daha sonra isə Ermənistan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində atəş açdıqları müəyyən edilib.
Azərbaycan Silahlı Qüvvələri ilk olaraq belə bir fikir yaradır ki, erməni tərəfi onların mövqeləri istiqamətində atəşə başlayıb, daha sonra isə erməni tərəfinin açdığı atəşə cavab olaraq müxtəlif çaplı atıcı silahlardan erməni mövqelərinə atəş açıb”.
483 dəfə oxundu