Yunanıstan XİN başçısı Ukraynaya gedib

Yunanıstan XİN başçısı Ukraynaya gedib
Yunanıstanın xarici işlər naziri Nikos Dendias oktyabrın 19-da Ukraynanın paytaxtı Kiyevə gedib.

Gundeminfo.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb. Yunanıstanın XİN başçısı Kiyevdə bir sıra rəsmi şəxslərlə görüşüb.

Nazirin sözlərinə görə, görüşlər zamanı xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi, o cümlədən parlament diplomatiyası, Avropaya inteqrasiya, Yunanıstan-Ukrayna münasibətləri və Ukraynadakı yunan diasporu ilə bağlı məsələlər müzakirə olunub.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yunanıstanlı həmkarı ilə keçirdiyi brifinqdə bu ölkədən piyada döyüş maşınlarının tədarükünün başlandığını deyib.

Kuleba bu texniki vasitələrin Ukrayna üçün çox vacib olduğunu söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...