Tahir Kərimli: "Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur"

"Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur".
Tahir Kərimli: "Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur"


“Report” xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, deputat Təhir Kərimli “Siyasi partiyalar” haqqında qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, siyasi partiyalarla bağlı qanunun yenilənməsinə doğrudan da ciddi ehtiyac var idi: "Əgər səhv etmirəmsə, ölkədə dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var. Ümumilikdə isə 100-dən çox siyasi partiya mövcuddur. Hətta bu gün ölkədə partiyaların əksəriyyəti bir şəxsin nüfuzu ətrafında formalaşır. Yeni hazırlanan qanun layihəsinin müəyyən hissəsi ilə razı olmasam da, biz özümüzü dövlətdə, cəmiyyətdə təsdiq etməliyik. Müstəqil dövlət olaraq niyə qapalı şəkildə fəaliyyət göstərməliyik?!”

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı çıxışlardan bir nəfərin bir tərəfdən, digərinin isə qarşı tərəfdən olmasını təklif edib.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə ona cavab olaraq bildirib ki, dinləmələr başlayanda elan olunan və səs çoxluğu ilə qəbul edilən qərar dəyişməyəcək: “Qulaq asın, bəlkə çıxışlarda səsləndirilən fikirlər sizin üçün arqument olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...