Paşinyan Putinlə görüşdə istəklərini dilə gətirdi

Paşinyan Putinlə görüşdə istəklərini dilə gətirdi
“Ermənistan üçün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi çox vacibdir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.
“Ermənistan hər an Azərbaycanla regional kommunikasiyaların açılmasına hazırdır. Ermənistan Respublikasının ərazisindən keçən rabitələr Respublikanın tam nəzarəti altında olmalı və Ermənistan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməlidir. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti isə razılaşmaların icrasına nəzarət etməlidir. Azərbaycanda saxlanılan bütün Ermənistan vətəndaşlarının azad edilərək vətənə qaytarılması məsələsi də önəmlidir. Bu günə qədər məsələ həllini tapmayıb”, - Paşinyan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...