Paşinyan: Rusiya sülhməramlılarının mandatının uzadılması təklifi rədd edilib

Paşinyan: Rusiya sülhməramlılarının mandatının uzadılması təklifi rədd edilib
Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, amma bu təklif rədd edilib.

Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, - o deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...