“Sülh müqaviləsi noyabrın sonunda, ya da dekabrın əvvəlində Tbilisidə imzalanacaq”
“Soçi prosesində sülh müqaviləsindən bəhs edilmir. Nikol Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək bir sənədi tez bir zamanda imzalamalıdır. Əldə etdiyimiz məlumata görə, belə bir sənəd noyabrın sonuna qədər və ya dekabrın əvvəlində imzalana bilər. Nə qədər təəccüblü olsa da, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh erasından xəbər verən sənədin imzalanmasına fəal hazırlıq gedir.
Həmin sənədin imzalanması Ermənistanın rəsmi və yekun olaraq Qarabağdan çıxmasından xəbər verəcəkdir. Ermənistan heç bir şəkildə Qarabağdakı ermənilərin işlərinə qarışmayacağını, onların Ermənistan vətəndaşlığından məhrum edilməsi maliyyələşdirilməsini öhdəsinə götürəcək. Qarabağdakı separatçı rejimin təkcə güc strukturları deyil, ümumiyyətlə, yerli özünüidarələrdən tutmuş prezident aparatına qədər dövlət idarəetmə sistemi də maliyyədən məhrum olacaq. Ermənistan təkcə xeyriyyə və sosial xarakterli layihələr, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələr həyata keçirmək hüququna malik olacaq. Bundan başqa hər şey separatizm və terrorizmi himayə etmək və maliyyələşdirmək kimi qiymətləndiriləcək”, - məlumatda bildirilib.
607 dəfə oxundu