Sabiq nazir və Bəxtiyar Vahabzadənin oğlu Əli İnsanovla yollarını ayırdılar – İSTEFA

Sabiq nazir və Bəxtiyar Vahabzadənin oğlu Əli İnsanovla yollarını ayırdılar –
Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun müavinləri olan İsfəndiyar Vahabzadə və Qüdrət Qulu partiyadan istefa veriblər.

Azpost.info bildirir ki, onlar qərarlarını açıqlayıblar.

“Mən HƏP-i tərk etdim”-deyə Q.Qulu bəyan edib. Q.Qulu bundan sonra heç siyasi mənsubiyyəti olmayacağını bildirib.

İstefaya səbəb HƏP-in hakimiyyəti dəstəkləməklə bağlı qərarı ilə razılaşmadıqları olub.

İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. Müxtəlif ölkələrdə Azərbaycanın səfiri olub. Qüdrət Quliyev isə 1995-97 -cı illərdə xarici iqtisadi əlaqələr naziri işləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...