İran və MAQATE arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb

İran və MAQATE arasında keçirilən danışıqlar nəticəsiz başa çatıb

Vyanada İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nümayəndələri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.

Eyni zamanda, o vurğulayıb ki, tərəflər təmasları davam etdirəcək və MAQATE nümayəndələri yaxın həftələrdə İrana səfər edə biləcəklər.

MAQATE hazırda İranda elan olunmamış üç nüvə obyektində uran hissəciklərinin mənşəyini araşdırır. Müfəttişlərə girişin verilməsi tələbi ölkənin nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün əsas şərtlərdən biridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...