Rusiya Azərbaycanla imzaladığı sənədə əməl etmədi - VİDEO

Rusiya Azərbaycanla imzaladığı sənədə əməl etmədi -
44 günlük müharibədən bu yana bəzi ölkələr həm siyasi arenada, həm də KİV-in imkanlarından faydalanaraq Azərbaycanın haqq savaşına qarşı qərəzli mövqe nümayiş etdirib.

Həmin ölkələrin başında bu gün Ukraynada məsumları hədəf alan, minlərlə insanı yurd-yuvasından didərgin salan qonşu Rusiya da var. O Rusiya ki, bu ilin iyun ayının 24-də hər iki ölkənin hökumətlərinin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı haqqında saziş imzalayıb. Xarici işlər nazirləri səviyyəsində imzalanan bu sənədlə tərəflər informasiya təhlükəsizliyi baxımından bir-birlərinə dəstək olacaqlarına dair vəd veriblər. Bu sənəd imzalananda ehtimal olunurdu ki, Rusiya öz imzasına hörmət edib media vasitəsilə ölkəmizə qarşı apardığı haqsız siyasəti dayandıracaq, lakin indi daha təşkilatlanmış formada, hətta dövlət kanalları vasitəsilə prosesi davam etdirir.

Kremlin ruporu olan “Rossiya-1” telekanalında aparılan debatlara dəvət olunan qonaqlara baxdıqda artıq hər şey bəlli olur. Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunur, hər hansı bir azərbaycanlının iştirakı olmadan erməni və erməni lobbisinin qabından su içən və özünü siyasətçi kimi təqdim edən bir qrup “ekspert”in iştirakı ilə verilişlər yayımlanır.

Xatırlatmaq istərdik ki, Rusiya Birinci Qarabağ müharibəsi zamanı da ölkəmizə qarşı qeyri-obyektiv yanaşma sərgiləyib, aqressor münasibətini ortaya qoyub. Bu gün də heç nə dəyişməyib. Deməli, ötən 30 ildə Rusiyada bir neçə dəfə hakimiyyət dəyişsə də, siyasət eyni olaraq qalıb.

Media eksperti Qulu Məhərrəmli mövzu ilə bağlı qeyd edib ki, Azərbaycan Rusiyada lobbiçiliklə məşğul olmalı, KİV-ə təsir imkanlarını axtarmalı və istifadə etməli, orada yaşayan azərbaycanlıların təşkilatlanmasına, onların media ilə əlaqlələrinin təmin olunmasına diqqət yetirilməlidir.

Əlbəttə ki, hər media orqanında səsləndirilən fikirlər birmənalı olaraq dövlətin siyasətini əks etdirmir. Lakin əgər qərəzli fikirlər dövlət telekanalında səsləndirilirsə, bu, artıq siqnal olmalıdır. Məşhur bir deyim var, Rusiya ilə imzalanmış istənilən müqavilə su üzərinə yazılmış kimidir. Çox uzağa getməyək, elə son illərdə gördüyümüz münasibətlə bu misalın nə qədər doğru olduğu təsdiqini tapır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...