ABŞ Ermənistana nə vaxt sanskiya tətbiq edəcək? - ŞƏRH
Son müşahidələr onu deməyə əsas verir ki, İran hakimiyyəti Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir. Noyabrın 10-da Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin diqqətinə rəsmi İranın Azərbaycan mətbuatı və rəsmilərinin bu ölkə ilə bağlı çıxışlarından narahatlığı çatdırılıb. Amma əslində, Tehran hakimiyyəti otuz il ərzində, o cümlədən son dönəmdə Azərbaycana qarşı hədələyici davranışlarına və indiyədək işğalçını müdafiə etdiyinə görə üzr istəmək əvəzinə, eləcə də eləcə də münasibətlərə yenidən baxmaqdansa səfirimizi nazirliyə çağıraraq özünü haqlı çıxarmağa cəhd göstərdi. İran rəsmiləri özünü həmişə təmizə çıxarmaq kimi xüsusiyyətilə Ermənistanı və erməniləri daha çox xatırladır.
Təbii ki, İrana qarşı haqlı iradlar çoxdur. Çünki son otuz ildə Tehran hakimiyyəti bacardığı qədər pisliyi edib. Bu rejim Azərbaycan əleyhinə xüsusilə də son iki ildə aktivləşib. Ermənistana hərbi texnika ötürmək, qanunsuz olaraq Azərbaycan ərazisinə gəlmək və s. bu kimi davranışları xatırlamaq olar. Son zamanlar isə İran Azərbaycanı hədələmə taktikasını seçib. İran rejiminin Azərbaycan Respublikası ilə Güney Azərbaycanın Xudafərin, Muğan bölgələri ilə sərhəddə genişmiqyaslı hərbi təlim keçirib, hərbi texnika və avadanlıq nümayiş etdirməsi bunu təsdiqləyir. Hətta bu hərbi tədbirlərin keçirilməsinə məsul şəxslər İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Hüseyn Səlami və qvardiyanın quru qoşunları komandanı general Məhəmməd Pakpur açıqlamaları ilə Azərbaycanı İsrail və ABŞ-la əməkdaşlıq etdiyi üçün təhdidici iddialar irəli sürüblər.
Rəsmi Bakı İran hakimiyyətinin, deputatlarının, bu ölkənin digər rəsmilərinin Azərbaycan qarşı çıxışlarını cavabsız qoymur. Noyabrın 11-də İranın Azərbaycandakı səfiri Abbas Musəvi də Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi Bakının iradları ona çatdırılıb. Azərbaycan beynəlxalq öhdəliklərə əməl edən, beynəlxalq münasibətləri və qonşuluq prinsiplərini qoruyan, eləcə də ərazisində müxtəlif xalqların dinc və yanaşı yaşadığı dövlətdir. Bu davranışı ilə Azərbaycan beynəlxalq hüquqa hörmətin vacibliyini də Ermənistan və İran kimi dövlətlərin hakimiyyətlərinə dəfələrlə əməli ilə nümunə olub. Onun mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları ilə bağlı bildirib ki, İran bölgə üçün çox təhlükəlidir: “Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda, bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”. Rəsmi Bakı ABŞ-ın liderliyi ilə keçirilən beynəlxalq aksiyalara, habelə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə dövlət maraqları baxımdan yanaşaraq dəstəkləyib. İranda on milyonlarla Azərbaycan türkünün olmasına baxmayaraq rəsmi Bakı beynəlxalq ictimaiyyətin Tehran hakimiyyətinə qarşı çağırışlarına laqeyd qalmayıb. Bu baxımdan Ned Praysın “tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik” deməsi də təsadüfi deyil.
ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də son zamanlar daha fəal görünür. Dünyanın aparıcı gücünün rəsmi sözçüsünün İranın hədələri qarşılığında rəsmi Bakının yanında olmasına dair açıqlaması ədalətli mövqe sayılır. Ümid etmək olar ki, rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da oxşar mövqedən çıxış edəcək və bu prosesin 30 il uzanmasına imkan verməyəcək. Son zamanlar ABŞ Ermənistana müxtəlif istiqamətlərdə yardım edir. Belə ehtimal etmək olar ki, Ağ Ev Ermənistanı Rusiyanın nüfuz və təsir dairəsindən çıxarmağı hədəfləyib. Ancaq belə görünür ki, ABŞ Ermənistanı Rusiyanın əlindən alıb, İrana sarı itələyir. Rusiya İranla müttəfiq olduğundan Moskvanın Tehran vasitəsilə Ermənistanı nəzərətdə saxlamağa cəhd etdiyi də istisna deyil.
Bu iki müttəfiqin Ermənistanla bağlı bir ələ oynaması müəyyən mənada təbii sayılsa da, ABŞ-ın Ermənistanla İran münasibətlərinə göz yumması regional təhlükəsizliyi təhdiddir. Çünki hər iki dövlət ABŞ-ın müttəfiqləri - Türkiyə və Azərbaycana qarşı dost olmayan, ən yaxşı halda isə rəqib mövqedə durub. Bu baxımdan Ermənistanın İrana doğru istiqamətlənməsinə şərait yaradılması həm də ziyanlıdır. ABŞ İranın neft və təbii qaz sahəsinə sanksiya tətbiq edib. Ondan təbii qaz və neft satın almaq Tehrandakı rejimin möhkəmlənməsinə maddi dəstəkdir. İran Prezidenti İbrahim Rəisinin sözlərinə görə, 2022-ci ilin yanvar-avqust aylarında iki dövlət arasında ticarət dövriyyəsi 43 faiz artaraq 427 milyon dollar təşkil edib. Ötən il bu göstərici 700 milyon dollara yaxın olub. Tərəflər ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəflədiklərini bildiriblər.
İranın Ermənistana satdığı təbii qazın həcminin 2030-cu ilədək 2 dəfə artırılmasına dair razılaşma imzalanıb. Hazırda Ermənistan bu ölkədən 365 milyon kub metr “mavi yanacaq” idxal edir. Ermənistan təbii qaza olan ehtiyacının əsas hissəsini Rusiyadan alır. Rəsmi İrəvan bu məqsədlə Rusiyaya 2021-ci ildə 414 milyon dollar ödəyib. Yeri gəlmişkən, Rusiya min kub metr qazı Ermənistana 2019-cu ildə 15 dollar bahalaşdıraraq 165 dollara satır. Rusiyanın idxal etdiyi yanacaq ucuz başa gəlsə də, İran pul yerinə Ermənistandan elektrik enerjisi istədiyindən rəsmi İrəvana bu sövdələşmə sərfəli sayılır. Ancaq bütün hallarda bu, İran hakimiyyətinin əlinin güclənməsinə, Suriyada, İraqda, Yəməndə və dünyanın başqa yerlərində fəaliyyətini genişləndirməyə yardımdır.
Rəsmi İrəvan hesab edir ki, İran Avroasiya İqtisadi İttifaqına üzv qəbul olunduqdan sonra bu ölkə ilə ticarət əlaqəsi 3 dəfə artırılacaq. Hələ 3 il əvvəl ABŞ Ermənistan hakimiyyətini İran və Rusiya ilə əlaqələrinə görə kəskin tənid etmişdi. Ağ Ev rəsmi İrəvanın Rusiya missiyası tərkibində Suriyaya hərbi və humanitar yardım etməsini qınamışdı. ABŞ-ın İrəvandakı səfirliyi 2019-cu il fevralın 19-da yaydığı bəyanatda bildirib ki, bu missiya çərçivəsində Ermənistanla Rusiya arasında hər hansı əməkdaşlığın tərəfdarı deyillər: “Rusiyanın Əsəd rejimi ilə ortaqlığı dinc əhalinin qırğını və humanitar fəlakətlə nəticələnib. Rusiya dünya səhnəsində Əsəd rejimini və onun vəhşiliklərini müdafiə etməyə davam edir”.
Rəsmi İrəvanın bu hərəkəti Suriyadakı Bəşər Əsəd rejiminə dəstək kimi qiymətləndirilib. Onda Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ-ın məsələyə münasibətini nəzərə alacaqlarını bildirsələr də, fəaliyyətlərini davam etdirirlər. Ermənistanın İran hakimiyyəti və Suriyada Əsədə yardım etməsi həm də onlara qarşı beynəlxalq ictimaiyyətin tətbiq etdiyi sanksiyaları qulaqardına vurması kimi dəyərləndirilə bilər. Rəsmi İrəvanın beynəlxalq hüquq hörmətsizliyi Azərbaycan torpaqları 30 il işğal altında olduğu müddətdə özünü göstərmişdi. Ehtimal etmək olar ki, ABŞ Ermənistanın İran və Əsəd rejiminə yönəlik sürüşkən mövqeyinə bir daha qayıdacaq. Rəsmi İrəvana bir dəfə ciddi xəbərdarlıq edilib. Növbətinin xəbərdarlıq deyil, konkret cəza olacağını da gözləmək olar. Çünki Ermənistanın İran hakimiyyəti və Əsədlə əməkdaşlıq etməsi regional oyun qaydalarının pozulmasıdır. Rəsmi İrəvan bununla terrora və terrorçuya maddi-mənəvi yardım da göstərir.
498 dəfə oxundu