"Polşaya düşən raketin Rusiyadan atılması ehtimalı azdır" - Bayden

"Polşaya düşən raketin Rusiyadan atılması ehtimalı azdır" -
ABŞ Prezidenti Co Bayden Polşada iki nəfərin ölümü ilə nəticələnən raket zərbəsindən sonra NATO və G7 liderləri ilə birgə təşkil olunmuş iclasda iştirak edib.
Yeniavaz.com CNN-ə istinadla xəbər verir ki, iclasdan sonra Bayden, Polşanın təhqiqatını dəstəkləmək üçün razılığın olduğunu söyləyib və jurnalistlərə "Nə baş verdiyini dəqiq anladığımıza əmin olacağam" deyib..
Raketin Rusiyadan atılmasının mümkün olub-olmaması ilə bağlı suala Bayden belə cavab verib:
“Bunu inkar edən ilkin məlumatlar var, biz tam araşdırmayana qədər bunu demək istəmirəm”.
ABŞ prezidenti daha sonra əlavə edib ki, trayektoriyaya görə raketin Rusiyadan atılması ehtimalı azdır.
Qeyd edək ki, ötən gün Polşa ərazisinə düşən raket nəticəsində iki nəfər həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...