ABŞ dövlət katibi Məhabad hadisələrinə münasibət bildirdi: “İran xalqının yanındayıq”

ABŞ dövlət katibi Məhabad hadisələrinə münasibət bildirdi:
“İran hökuməti tərəfindən xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılığın artması ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken İranın rejim qüvvələrinin Qərbi Azərbaycan əyalətində nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadəsini şərh edərkən bildirib.

O, İran xalqının yanında olduqlarını və bu işdə əli olanların məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəklərini vurğulayıb.

Xatırladaq ki, noyabrın 19-da Məhabad şəhərində (keçmiş adı Soyuqbulaq) keçirilən aksiyada polislərlə nümayişçilər arasında qarşıdurma yaşanıb. Etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndirib, bəzi küçələri kərpic və daşla bağlayıblar. Rejim qüvvələri etirazçıları dağıtmağa çalışaraq odlu silahdan atəş açıblar, bəzi yerlərdə partlayış səsləri eşidilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...