Qaradağ İcra Hakimiyyətində qışa hazırlıqla bağlı iclas

Qaradağ İcra Hakimiyyətində qışa hazırlıqla bağlı iclas
Qaradağ Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini - Ziyad Əzizov, Bakı Şəhər Mənzil - Komunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev iştirak etmişlər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd etmişdir. Eyni zamanda, qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqları yığıncaq iştirakçılarının nəzərinə çatdırılaraq zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Payız-qış mövsümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fəaliyyət göstərən Qərargah tərəfindən əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar, qum və duz tədarükü edildiyi qeyd olunaraq, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi vurğulanmışdır.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri 2022-2023-cü illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı rayonlarda müşavirələrin keçirildiyi vurğulanmış, bu sahədə zəruri tədbirlərin görülməsi qeyd olunmuşdur.

Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Qaradağ İcra Hakimiyyətində qışa hazırlıqla bağlı iclas
Qaradağ İcra Hakimiyyətində qışa hazırlıqla bağlı iclas



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...