“Associated Press” bu səbəbdən jurnalisti işdən qovdu

“Associated Press” bu səbəbdən jurnalisti işdən qovdu
“Associated Press” (AP) agentliyi Rusiya raketlərinin Polşanın şərqinə düşdüyünü yazan jurnalisti işdən çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Daily Beast” portalı məlumat yayıb. Bildirilib ki, söhbət agentliyin noyabrın 15-də dərc etdiyi və adı açıqlanmayan yüksək rütbəli ABŞ kəşfiyyat məmuruna istinadən verdiyi xəbərdən gedir.

Portal qeyd edir ki, AP Rusiya raketlərinin düşməsi barədə səhv olaraq məlumat verib. Bu xəbər aktiv şəkildə yayılıb və dünyanı qorxuya salıb.

Noyabrın 21-də agentlik xəbərin müəllifi jurnalist Ceyms Laportanı işdən çıxarıb.

Qeyd edək ki, noyabrın 16-da agentlik düzəliş edib və xəbəri silib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...