Səs yazısı yayılan Nəcibə Axundova bu məktəbə direktor təyin olundu

Səs yazısı yayılan Nəcibə Axundova bu məktəbə direktor təyin olundu
Qalmaqallı səs yazısı ilə gündəmə gələn 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova tutduğu vəzifədən azad olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.

Xatırladaq ki, bir müddət əvvəl səs yazısı yayılan direktor məktəbdə təhsil alan şagirdlərin valideynlərindən pul tələb etməkdə ittiham olunurdu. Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi N. Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlamışdı. Qeyd olunurdu ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...