Qanunsuz erməni silahlıları Şuşa və Ağdamdakı mövqelərimizi atəşə tutub

Qanunsuz erməni silahlıları Şuşa və Ağdamdakı mövqelərimizi atəşə tutub
Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə GUNDEMİNFO.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...