Şolts: "Almaniya NATO proqramlarında hərbi iştirakını artıracaq"

Şolts: "Almaniya NATO proqramlarında hərbi iştirakını artıracaq"

Almaniya silahlı qüvvələri (Bundesver) NATO-nun proqramlarında iştirakını artıracaq və Alyans üzvü olan ölkələrin ərazisinin müdafiəsinə töhfələrini gücləndirəcək.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts ölkəsinin paytaxtı Berlində danışıqlardan sonra NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə brifinqdə deyib.

“Biz bir-birimizi, istənilən müttəfiqimizi istənilən təhlükəyə qarşı dəstəkləməyə və Alyansın hər qarışını müdafiə etməyə hazır olacağıq”, - Almaniya hökumətinin başçısı vurğulayıb.

O əlavə edib ki, Almaniya NATO-nun şərq cinahının müdafiəsinə gəldikdə “artıq çox fəaldır” və Litvaya minə yaxın hərbçi verir:

“Biz Litvanı qorumaq üçün Almaniyada briqada ayırdıq. Baltikyanı ölkələrin hava məkanını qorumaq üçün “Eurofighter” qırıcıları verdik. Slovakiyaya “Patriot” hava hücumundan müdafiə sistemləri verdik. Bundan əlavə, bu il Bundesver NATO qüvvələri üçün 14 000-dən çox hərbçi ayırıb və onları hazır vəziyyətdə saxlayıb. Gələn il onların sayı 17 000-ə çatdırılacaq və Almaniya Norveç, həmçinin Niderland ilə etibarlı əməkdaşlıqda yenidən Yüksək Hazırlıq Birgə İşçi Qrupuna rəhbərliyi öz üzərinə götürəcək”.

O, həmçinin Stoltenberqi əmin edib ki, Almaniya Silahlı Qüvvələri “Alyansın ərazisinin müdafiəsinə töhfələrini artırmağa davam edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...