Aİ səfiri: Bakı Limanı Orta Dəhlizdə vacib rola malikdir

Aİ səfiri: Bakı Limanı Orta Dəhlizdə vacib rola malikdir

Azərbaycanla tranzit və logistika sahəsində əməkdaşlığımız vacibdir.

"APA-Economics"xəbər verir ki, bunu “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko deyib. O əlavə edib ki, Aİ olaraq tərəfdaşlarla əməkdaşlıq edərkən bunun yüksək standartlara uyğun olmasına çalışırlar. Bu rəqəmsal tranziti, yaşıl böyüməni, iqtisadiyyatı, birgə işlədikləri digər layihələri əhatə edir.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri əlavə edib ki, Aİ tərəfdaşları ilə mexanizmlər çərçivəsində əməkdaşlıq edir, alətlərdən istifadə edir. Buna nümunə kimi, Peter Mixalko Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün nəzərdə tutduğu İqtisadi İnvestisiya Planı barədə danışıb.

"Bildiyiniz kimi, bu ilin əvvəlində İqtisadi İnkişaf Planı elan olundu, bu Planın potensialı 2 milyard avroya qədər maliyyə vəsaitidir. Bu vəsait yaşıl böyümə kimi təşəbbüslərin reallaşması üçün istifadə oluna bilər. Lakin əməkdaşlıq layihələri, imkanlar daha çoxdur, məsələn "Global Gateway" təşəbbüsü-aləti. Biz Azərbaycanda da tərəfədaşlığımızı gücləndiririk, ölkə iqtisadiyyatına töhvə vermək üçün qeyri-neft sektorunun, özəl sektorun inkişafı üçün hökumətlə yaxından işləyirik. Çox şadam ki, bu gün buradayam, yaşıl liman konseptinin icrası və onun əməliyyat funskilayalarının genişlındirilməsi məqsədini daşıyan bu vacib layihənin başladılmasında iştirak edirəm. Bu, bizim dəstəklədiyimiz prioritetlər barədədir" - deyə, səfir əlavə edib.

Peter Mixalko həmçinin vurğulayıb ki, Aİ Azərbaycan hökuməti ilə, İqtisadiyyat Nazirliyi ilə iqtisadi investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun təşkil olunması istiqamətində yaxından işləyir: "Biz həmçinin, Bakı Limanının istəyi əsasında onunla bir layihə barəsində danışıqlar aparırıq, Bu, günəş panellərinin quraşdırılması ilə bağlıdır. Bu, yaşıl liman konsepti üçün vacib perspektivdir".

Aİ-nin diplomatı Bakı Limanının Orta Dəhliz konspetində vacib rola malik olduğunu qeyd edərək, bu mənada dəstəklərini davam etdirəcəklərini vurğulayıb.

"Aİ ölklərinin şirkətləri sizinlə öz təcrübələrini bölüşə bilər, xüsusilə xidmət sahəsində təcrübələrini. Artıq əməkdaşlıq var, bir sıra şirkətlər əməkdaşlıq edir və bu, inkişaf edəcək. Artıq nəqliyyat xətlərinin bir qismi bu limandan keçir, ya Aİ-yə gedənlər və ya Aİ-dən digər istiqamətdə gedənlər. Bu axın artacaq.

Həmçinin, hazırkı siyasi vəziyyət, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə, bu axın artıq artmaqdadır və bu reallığa hazır olmalıyıq. Bizim artıq uğurlu əməkdaşlığımız var və bunu daha necə inkişaf etdirə bilərik? Mən bunun üçün buradayam".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...