Rusiya Ukrayna savaşı qışda səngiyəcək

Rusiya Ukrayna savaşı qışda səngiyəcək
ABŞ kəşfiyyatı Rusiya və Ukrayna arasında hərbi əməliyyatların bir neçə ay səngiyəcəyini gözləyir. Hər iki tərəf qışdan sonra əks hücuma hazırlaşmağı planlaşdırır.
Bu barədə “Report” “Sky.News”a istinadən xəbər verir.

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya qüvvələrinin üzləşdiyi çətinliklərlə bağlı “daha məlumatlı” olsa da, onun “nə qədər çətin olduğunu tam başa düşdüyü” bəlli deyil.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns bildirib ki, qışda hər iki ordu yazda əks-hücum üçün təchizat təminatı ilə məşğul olacaq:
“Rusların həqiqətən buna hazır olub-olmayacağına dair kifayət qədər şübhə var. Ukrayna ilə bağlı baxışlar daha optimistdir. Rusiyanın Ukraynanın kritik infrastrukturunu məhv etməsi ukraynalıların müqavimət iradəsini qismən sarsıtmaq məqsədi daşıyıb, lakin kəşfiyyat hazırda Rusiya ordusunun uğur qazandığına dair heç bir sübut görmür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...