Həbsdən buraxılan eks-milli təhlükəsizlik naziri üzə çıxdı - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının (MR) sentyabrın 27-də həbsdən buraxılan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Modern.az xəbər verir ki, Vəli Ələsgərov Fəxri Xiyabanda görüntülənib. Belə ki, o, görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin məzarını ziyarət edib. Eks-naziri bu ziyarət zamanı Milli Qəhrəman İbad Hüseynov müşayiət edib.
Vəli Ələsgərovun Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətlərinin çox gərgin olduğu deyilir. O da qeyd olunur ki, sabiq nazir məhz Talıbovun göstərişi ilə həbs edilmişdi.
Naxçıvandan olan ictimai-siyasi fəallar Vəli Ələsgərovun ictimaiyyət qarşısına çıxmasını onun Vasif Talıbova əzələ nümayiş etdirməsi kimi qiymətləndirir.
Vaxtilə Naxçıvanda icra başçısı işləmiş Fərəməz Allahverdiyevin sözlərinə görə, Vəli Ələsgərovun həbsdən azad edildikdən sonra ortalarda görünməməsi müalicə alması ilə bağlı idi. O xatırladıb ki, V.Ələsgərov azadlığa çıxandan sonra Vasif Talıbov haqqında bu günə qədər bir kəlmə də danışmayıb.
“Görünür, bunun üçün zaman və şərait yetişməyibmiş. Bəlkə də bugünkü hərəkəti ilə Vəli Ələsgərov Talıbovlara qarşı siyasi demarşına start vermiş oldu”.
Eks-icra başçısı deyir ki, V.Ələsgərovun ictimaiyyət arasına çıxması Talıbovlara həm də bir mesaj kimi də anlaşıla bilər.
“Vasif Talıbov rejimini Ələsgərov qədər kimsə dərindən bilə bilməz” deyən F.Allahverdiyev əlavə edib ki, yaxın günlərdə Naxçıvandakı vəziyyətlə bağlı maraqlı dəyişikliklərin şahidi ola bilərik.
Xatırladaq ki, Vəli Ələsgərov təxminən 15 il Naxçıvanda milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2015-ci ilin dekabrında V.Ələsgərov nazir postundan kənarlaşdırılıb. Az sonra isə cinayət məsuliyyətinə cəlb olunub. Əvvəlcə bir müddət ev dustaqlığında saxlanılan Ələsgərov sonradan həbs edilib.
V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məhkum edilmişdi.
Məhkəmə ona 14 il həbs cəzası kəsmişdi.
2022-ci ilin sentyabrında Ali Məhkəmə Vəli Ələsgərov barəsində Apellyasiya Məhkəməsinin qərarını dəyişdirib və onun həbs müddəti azaldılaraq 6 il 9 ay 20 günə endirilib. Eks-nazirin 2016-cı ildən həbsdə olmaqla bu müddəti çəkmiş olması nəzərə alınaraq, 2022-ci il sentyabrın 27-də cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
V.Ələsgərov vəzifədə işlədiyi dövrdə adı müxtəlif qalmaqallarda hallandırılıb, Naxçıvanda onun fəaliyyətinə birmənalı münasibətin olmadığı bildirilir.
453 dəfə oxundu