SOCAR: "Qazprom"la rəqabətə hazırıq
"SOCAR Energy Georgia" (SOCAR-ın Gürcüstandakı törəmə şirkəti) Gürcüstana kommersiya qazının tədarükündə Rusiyanın "Qazprom" şirkəti ilə rəqabətə hazırdır".
"APA-Economics"in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bildirib.
"Gürcüstan bazarı o qədər də böyük deyil ki burada xüsusi rəqabətə ehtiyyac olsun. Biz bilirik ki, sosial qazın illik tədarük həcmi maksimum 2,3 - 2,4 milyard kubmetr təşkil edir. Burada qiymətlər də olduqca aşağıdır və onlar dəyişmir. Devalvasiyaya baxmayaraq, qiymətlər dəyişməyib və bizim şirkətdə heç kəs qiymətlərə yenidən baxmağa ehtiyyac duymur. Kommersiya qazının həcmi 900-950 milyon kubmetr təşkil edir. Azad bazar şəraitində rəqabətə hər zaman hazırırq", - deyə M. Məmmədov bildirib.
Gürcüstan hökuməti ilə "Qazprom" arasında danışıqlar barədə məlumat bir neçə ay əvvəl yayılıb. Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze "Qazprom" rəhbərliyi ilə bir neçə görüş keçirib. Ancaq Gürcüstan tərəfi bildirir ki, Azərbaycan qazından imtina etmək məsələsinə baxmır.
924 dəfə oxundu