Şuşa-Xankəndi yolu ilə bağlı Rusiya MN-dən növbəti açıqlama

Şuşa-Xankəndi yolu ilə bağlı Rusiya MN-dən növbəti açıqlama
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bir neçə göndür Şuşa-Xankəndi yolunda Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...