İcra başçısı müşavirə keçirdi
Tərtər Rayon İcra Hakimiyyətində Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib
Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müşvairədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il-2023-cü ilin gəlişi ilə bağlı müvafiq tədbirlərinin hazırlanması, bayram günlərində şəhid övladları ilə görüşlərin təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, Tərtər şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, başçının birinci müavini Elvin Umudov və Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış ediblər.
Müzakirə olunan məsələlər barədə icra başçısı aidiyyəti qrumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
373 dəfə oxundu