Sürücülər üçün yeni cərimələr gəlir
Son günlər avtomobillərində yanğınsöndürmə balonu və tibb çantası olmayan sürücülərin cərimələnməsi ilə bağlı xəbərlər ictimaiyyətdə müzakirə obyektinə çevrilib. Bəzi şəxslər bu istiqamət üzrə də cərimələrin artırılacağını bildirirlər.
Məsələni aydınlaşdırmaq üçün Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. K. Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, bəhs etdiyimiz məsələ ilə bağlı cərimələr sərtləşdirilməyib:
“Qanuna görə, avtomobilində tibb çantasının və yanğınsöndürmə balonu olmayan sürücülər hər zaman cərimələnib. Yəni bu, yeni deyil. Proses Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, məcəllənin 166-cı maddəsinin 1-ci bəndinə görə, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə üç manatdan beş manatadək miqdarda cərimə edilir. Həmçinin 166-cı maddənin 2-ci bəndində isə bildirilir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə, on manatdan on beş manatadək miqdarda cərimə edilir. Bu cərimələrdə heç bir dəyişiklik edilməyib”.
Bəs avtomobilin tibb çantasında nələr olmalıdır?
Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə aşağıdakılar bildirilir:
1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket - Konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1
2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:
2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10x5 ədəd 1
2.3. Qeyri-steril bint 10x5 ədəd 1
2.4. Qeyri-steril bint 5x5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxla- ədəd 3 maq üçün 6x10 sm, 10x18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li brillant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 sm öçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1
3. Ürək ağrılarına qarşı vəsaitlər:
3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1
4. Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:
4.1. Süni nəfəs vermək üçün alət - «Ağız-qurğu-ağız» ədəd 1
5. Bayılmaya qarşı vasitə:
5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1
6. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 qutu 1
7. Stres hallarına qarşı vəsaitlər:
7.1. Korvalol flakon 1
8. Küt uclu qayçı ədəd 1
9. Təlimat ədəd 1
10. Plastmass futlyar ədəd 1
1 061 dəfə oxundu