"Topaz"dan açıqlama: “Qara bazar” hamını bədbəxt edir

"Topaz"dan açıqlama: “Qara bazar” hamını bədbəxt edir


Dünyanın hər yerində mərcdən pul qazanmağa imkan verən oyunlar var. Əgər idmandan başın çıxırsa, böyük ehtimalla yaxşı pul qazana bilərsən. Öz azartını və maliyyəsini idarə edə bilən şəxs az məbləğdə pul qoymaqla proqnozlardan külli miqdarda uduş əldə edir.

Məsələn, Böyük Britaniyada “Çelsi” komandasının fanatı 2 dollar sərf etməklə 92 min dollar qazanıb. Amerikada isə bir yaşlı xanım cıdırda 5 sent xərcləməklə külli miqdarda uduş sahibi olub.

Hər həftə milyonlarla uduş paylanılır

“Topaz” sayəsində artıq Azərbaycanda da belə sevincli hallara rast gəlinir. Ölkəmizdə idman mərc oyunlarının yeganə qanuni operatoru olan “Topaz” tərəfindən dəfələrlə böyük məbləğdə uduşlar vətəndaşlara təqdim olunub. Məsələn, Gəncə şəhər sakini “Topaz”-dan cəmi 3 manat məbləğində mərc edərək tam 131.797 manat qazanıb. Bir nəfər isə 2 manatlıq mərc qarşılığında 187 min manat pul udub. Bəzən bir həftə ərzində “Topaz” tərəfindən 3-4 milyon manatlıq uduşlar paylanılır. Ötən ilin yanvarında 10 gün ərzində mərclərdə uduşların məbləği 4 milyon manatdan da artıq olmuşdu. Əhali tərəfindən böyük maraqla qarşılanan bu oyunlarda vətəndaşlara uduş qismində üst-üstə 400 milyon manata yaxın məbləğ ödənilib.

Lakin təəssüf ki, bəzən insanlar qanuni satış məntəqələrində oynayıb pul qazanmaq əvəzinə qanunsuz qumarxanalarda, yəni “Qara bazar”da müxtəlif oyunlara qurşanıb özlərini bədbəxt edirlər. Özü də bu tora əsasən uşaqlar düşür. Hazırda hər kəsi narahat edən məsələlərdən biri də budur: məhz azyaşlıların başını itirib qanunsuz formada, gizli yerlərdə təşkil olunan qumarxanalarda pul uduzması. İşbazlar böyük məharətlə, uşaqların zəif damarından tutmağı bacarırlar, onları şirnikləndirirlər. Hətta çox vaxt belə qumarxanaları məktəb və ya universitetlərə yaxın yerlərdə açırlar ki, yeniyetmələri də maraqlandıra bilsinlər. Uşaqlar isə bura ayaq açandan sonra bədbəxtlikləri başlayır. Axı onlar daha tez təsir altına düşürlər, tezliklə milyonçu olacaqlarına inanırlar. Bəxti gətirən kimsəni görəndə, həvəslənib daha çox pul xərcləyirlər. Bəziləri periodik uduzduqlarına görə evdən pul oğurlayır, dərsdən yayınırlar. Bəzi məktəblilər evdən yemək üçün aldıqları pulu da aparıb belə yerlərdə xərcləyirlər.

“Qara bazar” hamını bədbəxt edir

Əslində, qanunsuz oyun yerləri təkcə uşaqlar üçün yox, bura ayaq basan hər kəs üçün böyük maliyyə itkisi, fəsadlarla nəticələnə bilər. Axı fortuna heç də həmişə adama yar olmur. Qeyri-qanuni fəaliyyət göstərən bu qumarxanalara “bu dəfə mütləq bəxtim gətirəcək” inamı ilə gəlib daha böyük məbləğlər uduzursan. Borclar da üst-üstə yığılanda problemlər başlayır. Hər kəs bilir ki, qumarda borclar bağışlanmır. Ona görə də bəzən belə borclar üzündən insanların sui-qəsdə əl atması haqda xəbərlər də eşidirik.
Halbuki “Topaz”da qanuni ödəniş etməklə ürəyin istəyən oyuna proqnoz vermək mümkündür. Leqal olaraq öz bəxtinə və idman biliklərinə arxalanıb pul əldə etmək və uduşunu qanuni formada almaq mümkündür. Üstəlik “Topaz” öz uduşlarına dövlət təminatı verir.

Təəssüf ki, kifayət qədər ciddi qanunların qəbuluna baxmayaraq, hələ də paytaxtda və ölkənin müxtəlif yerlərində “qara bazar”a aid edilən qumarxanalar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində demək olar hər ay Sumqayıtda, Bakının müxtəlif rayonlarında mini-kazinolar aşkarlanır. Bir çox hallarda gündüz vaxtı çay evləri, kafelər kimi fəaliyyət göstərən məkanlar axşamlar poker oyunları keçirilən məkanlara çevrilir. Asan yolla çoxlu pul əldə etmək həvəsi hər kəsi bu yerlərə gətirib çıxardır. Nəticədə isə böyük faciələr yaşanır.

Psixoloq Elnur Məmmədov söyləyir ki, cavanlar daha çox nisyə oynayır və daha tez reallıq hissini itirirlər. “Əvvəlcə nisyə olan bir neçə manatlıq borc sonradan dəfələrlə böyüyərək real bəlaya səbəb ola bilər”.

Psixoloq deyir ki, borc yaranmasa belə, bu cür oyunlar uşaqlar üçün əlavə psixoloji yükdür: “Uşaqlar istər-istəməz evdəkilərə yalan danışır, dərsdən yayınır, böyük səbrsizliklə növbəti oyunu gözləyirlər, on görə də psixoloji cəhətdən gərgin olurlar. Uduzanda isə yalan danışmaqla bərabər, bəzən oğurluq da etməli olurlar”.

18 yaşından kiçik şəxlərin idman mərc oyunlarında iştirak etməsi qadağandır.

Məhz bu səbəbdən “Topaz”da 18 yaşına kimi gənclərin oynaması qəti qadağandır. Burada yetkinlik yaşına çatmayan şəxslərin mərcləri qəbul olunmur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, “Topaz” satış məntəqələrində yaş həddi məsələsinə ciddi nəzarət olunur və bu məntəqələri işlədən adamlar buna görə məsuliyyət daşıyır.

“Topaz”da insanları yalançı şirnikləndirməyin qarşısını almaq üçün uduşların maksimum məbləğinə də məhdudiyyət qoyulub. Burada maksimum uduş məbləği 250.000 manat təşkil edir. 4000 manatdan artıq uduşlar məntəqədən alına bilməz və yalnız bank vasitəsilə əldə edilə bilər.

“Topaz”da təkcə futbol yox, basketbol, voleybol və digər oyunlara da proqnoz vermək olar. Digər tərəfdən, “Topaz”a maraq göstərənlər əsasən öz komandalarının oyununu qiymətləndirir. Bu da onların idmana marağını artırır. Ən azından, insanlar mərc etdikləri oyunu gedib stadionda və ya “Topaz” satış məntəqəsində izləyirlər. Artıq azarkeşlər Azərbaycan futbol komandalarının oyunlarının nəticələrinə də rəsmi şəkildə mərc edə bilir.

Vətəndaşlardan isə qanunsuz fəaliyyət göstərən qumarxanalar, burada uşaqların da iştirakını görəndə müvafiq orqanlara xəbər vermək xahiş olunur. Odur ki diqqətli olaq. Hər şeyə görə məsuliyyəti başqalarının üzərinə atmadan, özümüz uşaqlarımıza nəzarət edək və onları fəlakətə sürükləyən əməllərdən çəkindirək.

"Topaz"ın mətbuat xidməti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 058 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...