Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı daha bir açıqlama
“Laçın dəhlizi ətrafında eskalasiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Şübhəsiz ki, Laçın dəhlizi ətrafında indiki eskalasiya kimi insidentlər danışıqların fonunu, o cümlədən sülh müqaviləsini çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz bütün məsələlər üzrə birgə işi bərpa etməyi səbirsizliklə gözləyirik. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə kömək etməyə hazırdır:
"Biz hesab edirik ki, bu halda sənəd üzrə razılaşmanın vaxtı o qədər də vacib deyil. Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər".
Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndində aksiya keçirir. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent yolu bağlayaraq onlara imkan verməyib.
Sözügedən aksiya artıq 15 gündür ki, davam edir.
Aksiyaçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.
399 dəfə oxundu