"İndi Laçın dəhlizi sülhməramlıların nəzarətində deyil" - Paşinyan Putinlə görüşdə

"İndi Laçın dəhlizi sülhməramlıların nəzarətində deyil"  -
Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş baş tutub.

Yeniavaz.com xəbər verir ki, tərəflər Laçın dəhlizindəki son vəziyyəti müzakirə ediblər.

“Bilirsiniz, 20 gündür ki, Laçın dəhlizi bağlanıb, bu, Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır. Xatırlatmaq istərdim ki, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan malların və vətəndaşların maneəsiz keçidinə zəmanət verib... İndi də Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil. Mən bu vəziyyəti müzakirə etmək istərdim”, - Paşinyan deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...