"İcra orqanları soyad sonluqlarının dəyişilməsinə mane olur” - Sabir Rüstəmxanlı

"İcra orqanları soyad sonluqlarının dəyişilməsinə mane olur” -
“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları "ov"suz, "yev"siz yazılsın”.

GUNDEMİNFO.AZ-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

O xatırladıb ki, soyad soluqlarının milliləşməsi haqqına qərar hələ Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib:

“Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Milli Məclisdə, həm də mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, jurnalist bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər”.


S.Rüstəmxanlı bildirib ki, söügedən məsələdə təkcə Vətəndaş aktlarını qeydiyyat idarələri günahkar deyil, burda vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir.

“Yaşlılar vərdiş etdikləri rus soyad sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burda bir qəsd var...”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...