Elbrus İsayevin ən mükəmməl “elmi qabiliyyəti” - Seymurun qabağına qaçmaq...
“Ümummilli dahi ziyalı” Elbrus İsayevin ən mükəmməl bildiyi sahə nə olsa yaxşıdır? Bəli, düz tapdınız, qartalların uçuş sürətilə Seymur müəllimin qabağına qaçmaq. Hər halda bunu biz yox, NDU müəllimləri adından redaksiyamıza göndərilən məktub müəllifi irəli sürür.
Məktubu olduğu kimi dərc edirik və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq:
“Mühəndislik fakültəsinə gəlincə, bu fakültədə də mühəndisdən başqa nə desəniz var. Orda isləyən müəllimlərin əksəriyyəti də dövlət idarələrindən təqaüdə çıxan yaşlı insanlardı. Təsəvvür edin ki, tələbə 4 il oxuyur, amma nə oxuduğunun mahiyyətini anlamır.
Hə, bir də onu deyim ki, Elbrus müəllim rektor olandan sonra Seymurun xoşuna gəlsin deyə Beynəlxalq munasibətlər və xarici dillər fakültəsi ilə sosial idarəətmə və hüquq fakültəsini birləşdirib yənidən iki yerə ayırdı, fakültənin adını elədi beynəlxalq münasibətlər və hüquq fakültəsi. Orda Seymurun ikinci mərtəbədə otağı var idi Seymur prorektor olsa da heç vaxt əsas rektorluq olan binada oturmayıb , o beynəlxalq münasibətlər fakültəsində özü üçün hazırlanmış ofisdə oturub katibə, mühafizəçiləri ilə birlikdə gələn qonaqları qəbul edib.
Seymur Universitetə gələndə gedəndə hər kəs yoxa çıxmalı gözə görünməməli idi.
Təbii ki, Elbrusun ən çox xoşladığı elmi fəaliyyət Seymurun qabağına qaçmaq, iclaslarda onu gözləmək, binanın qabağında durub onunla söhbət etmək idi; camaat görsün ki, bunlar necə yaxındır.
Gələnlərə gedənlərə universiteti ələ təqdim ədirdilər ki sanki Kembric, Oksforddu , bu İsa Həbibbəylidən qalma metod idi: Qarışqanı fil düzəltmək.
İsa m də bu sahədə çox mahir idi tədbirlərdə hər zaman elə danışırdı elə bil, NDU-dan yox Kembricdən danışır.
Ama insafən əvvəlki rektorlar dan fərqi onda idi ki, onların hamısı rüşvətxor olsa da, Elbrus aşağı təbəqənin boğaza bıçaq dirəmiyiblər.
Onu da deyim ki, Seymur 2016-ci ildən universitetdə prorektor idi, onu bu vəzifəyə Elbrus gətirməmişdi, Saleh Məhərrəmovun vaxtında gəlmişdi.
Elbrus İsayev əvvəllər Universitetdə magistratura fakültəsində dekan işləyib. İsa müəllimin vaxtında bir nəcə müəllimlə birləşib isa muəllimi rektorluqdan uzaqlaşdırmaq istəyirdilər, İsa müəllim bunu bilmişdi. Ona görə də Elbrus və diğərlərini Universitetdən qovdu, o vaxtlar belə şəylər çox olurdu. Ali Attestasiya Komissiyasına məktublar yazırdılar ki, İsa müəllimin işləri plagiatdir, oğurluqdur, hətta İsa müəllim Vəli Hüsəynov AAK-in sədri olanda ondan o məktubun üzünü almış, xəttləri tutuzduraraq AAK-a məktubu kimin yazdığını müəyyənləşdirmişdi. Sonra həmin adamla savaşmışdı, o adam bu yaxınlarda rəhmətə getdi .
İşdən atıldıqdan sonra Elbrus müəllim özəl universitetdə islədi və Naxçıvanda FETÖ-nün Araz hazırlıq kursları və litseyləri vardı. Onlar Naxçıvandan gedəndən sonra Araz kursu ad dəyişdirdi və Elbrus müəllim həmin kursun müdiri oldu. Bunu ona görə deyirəm ki, Elbrusu kurs müdiri qoyan Azər Zeynalov bir müddət sonra onu NMİ-nin rektoru, bir il keçməmiş isə NDU-nun rektoru təyin etdirdi. Seymurun bundan xəbəri yox idi. Elbrusu Azər Zeynalov bu vəzifəyə təklif etmişdi. Rektor olana kimi də Elbrusla Seymurun hansısa yaxın münasibəti olmayıb. Sadəcə rektor təyinatından sonra Elbrus daha çox pul yığmaq və tədbirlər təşkil etmək bacarığına görə Seymurun gözünə girməyi bacardı və onun ulduzu parlamağa başladı.
İndi hər şəyi atırlar Seymurun üstünə güya bunlar mələk olub, Seymur edib hər şeyi.
İnanıram ki, hər şey zamanla düzələr, Bakıdan normal rektor gələr , tələbələrə normal tələbə həyatı yasayar, yaltaqlıq, qorxu hissi yox olub gedər”.
(ardı var) //ovqat.com//
429 dəfə oxundu