Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

2023-cü ilin ilk günlərindən başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Hazırda şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində avtomobil yolunun kənarları boyunca köhnəlmiş, yararsız bardürlar götürülərək yeniləri ilə əvəz olunur. Bardurların arxasına münbit torpaq qatı tökülərək yaşıllıq zonası yaradılır. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Şıxəli Qurbanov küçəsində yerləşən Sabir parkında da yenidənqurma işlərinə başlanılmışdır. Əraziyə münbit torpaq daşınaraq hamarlanıb. Köhnə, yararsız tamet daşları və bardurlar sökülərək yenisi ilə əvəz olunur, ağaclar budanır, təmizlik işləri aparılır. Həmçinin parkın ərazisində Mirzə Ələkbər Sabirin satirik əsərlərinin persanajlarına qoyulmuş heykəllər də təmir-bərpa olunacaq, istinad divarları aqlay daşları ilə üzlənəcək, yeni, müasir işıqlanma sistemləri quraşdırılacaq.
Eyni zamanda şəhərin Nizami küçəsində yerləşən 3 ədəd 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının giriş hissələrində də təmir işləri aparılır.
Sakinlər şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərində razılıq edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir
Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...