Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular

Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular
Xəbər verdiyimiz kimi, Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.

“Qafqazinfo”nun Ukrayna mediasına istinadən məlumatına görə, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.

Xatırladaq ki, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub. Daha 22 nəfər isə yaralanıb. Qeyd edək ki, 42 yaşlı D. Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib.

***

Bununla yanaşı, qəzada DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub.


Ukraynada nazir və birinci müavini helikopter qəzasında həlak oldular



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...