YAP Tərtər rayon Təşkilatında dəyirmi masa keçirilib
YAP Tərtər rayon Təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən YAP Tərtər Rayon Təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov 20 yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixində mühüm rol oynadığını bildirib, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd edib.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova, rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov və Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək 20 yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 yanvar faciəsi zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinin eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğuladılar. 2020-ci ilin sentyabır ayında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına nail olunduğunu bildirdilər.
399 dəfə oxundu