Azərbaycan Tennis Federasiyasının BƏYANATI – Növbəti erməni TƏXRİBATI

Azərbaycan Tennis Federasiyasının BƏYANATI –
"Böyük Dəbilqə" seriyalı "Australian Open" tennis turnirində xoşagəlməz hadisə baş verib. 20 yanvar tarixində kişilərin yarışında 1/16 final oyununa çıxan erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov etdiyi mənfur hərəkətlə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Xaçanov Amerika Birləşmiş Ştatlarından olan rəqibi Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edib.

Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib. Azərbaycan Tennis Federasiyası bu təxribatın yolverilməz olduğunu nəzərə alaraq, Beynəlxalq Tennis Federasiyasına (ITF) etiraz məktubu göndərib.

Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub.

Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...