Azərbaycan ötən il 1 milyard manata yaxın borc alıb

Azərbaycan ötən il 1 milyard manata yaxın borc alıb
2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur.

Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
342 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...