KİV: “Azərbaycan səfirliyinə hücumun arxasında İranın xüsusi xidmət orqanları dayanır”

KİV: “Azərbaycan səfirliyinə hücumun arxasında İranın xüsusi xidmət orqanları dayanır”
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında İran xüsusi xidmət orqanları dayanır.

“Report” xəbər verir ki, bu barədə “Caliber” etibarlı mənbələrə istinadən yazır.

“Birincisi, İran tərəfi izləri ört-basdır etməyə və diqqəti yayındıran informasiya hay-küyü yaratmağa çalışaraq, guya “erməni izi” ilə bağlı fikirlər səsləndirir. Amma bu, açıq-aşkar yalan və Azərbaycan ictimaiyyətini çaşdırmaq cəhdidir. İran təbliğatının növbəti versiyası belədir: guya iranlı Yasin Hüseynzadə hansısa səbəbdən səfirliyin ərazisində saxlanılan həyat yoldaşını “azad etmək” üçün iki uşağı ilə birlikdə buraya gəlib. Bu ağ yalan və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktını məişət cinayət kimi təqdim etmək üçün cəhdidir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...