“Yarasa” İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyib - Video

“Yarasa” İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyib -
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

GUNDEMİNFO.AZ “Caliber”ə istinadla xəbər verir ki, Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyiblər.

Bildirilir ki, “Yarasa” səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...