Tərtərdə "Gənclər günü"nə həsr edilmiş tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan gəncliyi”, ”Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında tədbir keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında gənclərin iştirakı ilə ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidələrin önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilən tədbirdə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirib ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu Öndərin birinci dəfə hakimiyyəti illərində müxtəlif xarici ölkələrdə təhsil almağa göndərdiyi gənclər artıq ixtisaslı mütəxəsislər kimi öz yerini tutub. Ulu Öndər gənclərə arxalandığı kimi gənclər də onu böyük lider, əvəzolunmaz şəxsiyyət, milli dövlət quruculuğunun banisi kimi qəbul edirlər. Çünki Ulu Öndər ikinci dəfə hakimiyyətə gəlişi ilə 1988-ci ildən 1993-cü ilə qədər içtimai -siyasi proseslərdən kənarda qalmış gəncləri bir araya gətirdi, həmin illərin boşluğunu doldurdu.
Emin Pənahov Ulu Öndərin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər gününün təsis olunması haqqında da danışdı.
Sonra rayon icra Hakimiyyəti yanında fəaliyyət göstərən İçtimai şuranın üzvü, gənc fəal Orxan Mustafazadə, rayon mərkəzi xəstəxanasının həkimi Anar Salahzadə, Qapanlı kənd tam orta məktəbin müəllimi Nigar Qurbanzadə, Mədəniyyət Mərkəzinin Kitabxanaçısı Sona Köçərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev cıxış etdilər. Çıxışlarda Ulu Öndərin “Azərbaycanın gələcəyi” hesab etdiyi gənclərə göstərdiyi diqqət və qayğı vurğulandı və əsası Ulu Öndər tərəfindən qoyulan gənlər siyasətinin respublika prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyi bildirildi.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri 2 fevral-Gənclər günü münasibətilə təbrik edərək, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, Heydər Əliyevin daim Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdiyini, Azərbaycana birinci rəhbərliyi dövründə gənclər siyasətinin əsaslarını yaratdığını, təhsil infrastrukturunu yenilədiyini, 2-ci dəfə hakimiyyətə gəldikdən sonra hələ ölkədə gərgin siyasi mühit olduğu bir dövrdə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldığını, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-ci ildə gənclərin I Forumunun keçirildiyini, forumun ildönümündə 2 fevral Azərbaycan gənclər gününün təsis edildiyini, bundan 2 il sonra 1999-cu ildə BMT-nin qərarı ilə Beynəlxalq gənclər gününün elan olunduğunu, gənclərlə bağlı bir sıra sərəncam və fərmanların imzalandığını bildirdi.
İcra başçısı Azərbaycanda həyata keçirilən gənclər siyasətinin gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratdığını, onları vətənpərvər ruhda formalaşdırdığını, bu baxımdan, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdiyini bildirdi. O, çıxışını əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin davamçısı respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan gənclərinin vətənpərvərliyi barədə dediyi sözlərlə bitirdi. “Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”
Tədbirdə rayonun içtimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən fəxri fərman, Yeni Azərbaycan Partiyasının üzvülük vəsiqələri, 2 nəfər Vətən müharibəsi iştirakçısına isə “Vətən müharibəsi iştirakçısı" medalı təqdim edilib.
405 dəfə oxundu