Sahibkar: "Mebel mağazam qəsdlə yandırıldı, 2 milyon ziyan dəydi"

Sahibkar: "Mebel mağazam qəsdlə yandırıldı, 2 milyon ziyan dəydi"
Gəncədə yanan mebel mağazasına dəymiş ziyan məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Hacıyev Pərviz Salman oğlu fevralın 1-də Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edib.

O, bildirib ki, 31.01.2023-cü il tarixdən 01.02.2023-cü il tarixinə keçən gecə anası Qocayeva Şərqiyyə Mustafa qızının adına olan şəhərin Nizami prospektində yerləşən sahəsi 2100 kv.m olan "Arzu" mebel mağazasını naməlum şəxs tərəfindən içərisində olan mebel əşyaları ilə birlikdə qəsdən yandırılıb və ona ümumilikdə 2 000 000 manat
maddi ziyan vurulub.


Faktla bağlı İdarədə Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2 maddəsi cinayət işi başlanaraq istintaqı aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...