Türkiyədə ölənlər arasında azərbaycanlılar da var? - XİN-dən açıqlama

Türkiyədə ölənlər arasında azərbaycanlılar da var? -
Qardaş Türkiyədə baş verən zəlzələ qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə araşdırma aparılır. Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, hazırda araşdırma tədbirləri davam etdirilir.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...