Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırılır

Daha bir iş adamının ölkədən çıxışı məhdudlaşdırılır

Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin (CIIC, yaxud XBİŞ) Qusar rayonunda alma bağları salan şirkəti "Our Orchards” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılır.

Qaynarinfo-nun məlumatına görə, MMC-nin qanuni təmsilçisi Balahmədov İmran Mövlan oğlu 3 saylı Ərazi Vergilər İdarəsinə vergi borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilib.

İşə Sumqayıt Kommersiya Məhkəməsində Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq və məhkəmə təsdiqləyərsə, İmran Balahmədovun ölkədən çıxışı məhdudlaşdırılacaq.

Qeyd edək ki, "Our Orchards” MMC-nin 25 min 925 manat 67 qəpik vergi borcu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
362 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...