Azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi

Azərbaycanlı ana və qızı dağıntılar altından xilas edildi
Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib.

Referans.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən Report-a məlumat verilib.

Məlumata görə, ana və qızının səhhəti normaldır:


"Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”.


Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya məruz qalıb, onları xilas etmək mümkün olub. Onlar heç bir əşyalarını götürə bilməyiblər, yaxın tanışlarının evində qalırlar.


Hatayın Antakya və İskenderun şəhərlərində olan böyük dağıntılarla əlaqədar əraziyə əhalinin gəliş-gedişi qadağan olunub.


N.Əlizadə Hatay vilayətinin mərkəzi Antakya şəhərindəki Mustafa Kemal Universitetində yenicə müəllim kimi fəaliyyət başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...