Zəlzələdə yaralananlar üçün Azərbaycan xəstəxanalarında 2000 çarpayı ayrıldı

Zəlzələdə yaralananlar üçün Azərbaycan xəstəxanalarında 2000 çarpayı ayrıldı

Səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Nazirlikdən Yeniavaz.com-a verilən xəbərə görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...