Zəlzələ bölgəsindəki bütün binaları bir ilə tikəcəyik – ƏRDOĞAN
Zəlzələdə həyatını itirən vətəndaşlarımızın yaxınlarına deyirəm ki, bu binaların hamısını bir il içərisində tikib başa çatdıracağıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı çıxışı zamanı deyib.
“Bu barədə lazımi şəxslərə təlimatlar verilib”, – Prezident əlavə edib.
“Zəlzələ bölgəsində dağılmış binaların altından sonuncu insan çıxarılana qədər axtarış-xilasetmə tədbirlərini davam etdirməyi qərara almışıq” – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı çıxışı zamanı deyib.
Ərdoğan deyib ki, 94 ayrı ölkədən gələn yardım təklifləri çərçivəsində heyətlər ölkəmizə gəlməyə davam edir.
O bildirib ki, 141 mindən çox şəxsi heyətin zəlzələ bölgəsində çalışmasına baxmayaraq, vaxtında müdaxilədə çətinlik olub: “Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.
O, bütün vətəndaşlara müraciət edib: “AFAD-la və ya Qızıl Aypara ilə əlaqəyə keçmədən yardım toplayıb yola çıxmayın. Qarşıdakı aylarda yarana biləcək ehtiyaclar üçüm yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.
Ərdoğan qeyd edib ki, zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək.
427 dəfə oxundu