Türkiyədə 83 yaşlı qadın və 2 yaşlı körpə dağıntılar altından sağ çıxarılıb REGİON

Türkiyədə 83 yaşlı qadın və 2 yaşlı körpə dağıntılar altından sağ çıxarılıb REGİON

Türkiyənin Malatya əyalətinin Battalqazi rayonunda 83 yaşlı qadın 124,5 saatdan sonra dağıntılar altından xilas edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Başqa bir məlumata görə, Türkiyənin Hatay əyalətinin Antakya rayonunda 2 yaşlı körpə zəlzələdən 122 saat sonra dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...