Yaşayış binalarının üzərində mərtəbələr artırılır, eyvanlar əlavə edilir – VİDEO

Yaşayış binalarının üzərində mərtəbələr artırılır, eyvanlar əlavə edilir –
Bakıda bir neçə il əvvəl istifadəyə verilmiş bəzi yaşayış binalarının üzərində hələ də müxtəlif tikintilər aparılır, mərtəbələr artırılır, eyvanlar əlavə edilir. Çoxmərtəbəli binalarda sonradan edilən əlavələrin təhlükə yaratdığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında deyilir.
Bildirilib ki, qanunsuz həyata keçirilən bu tikintilərin bəzilərinin qarşısı alınsa da, çox sayda belə tikili olduğu kimi qalır.
Çəkiliş zamanı Nizami və Xətai rayonlarının ərazisində yerləşən binalarda da əlavə işlərin görüldüyü müşahidə olunub. Hətta metronun “Həzi Aslanov” stansiyası yaxınlığında binanın damında fərdi ev tikənlərə də rast gəlinib.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, çoxmərtəbəli binalarda bu cür hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətindən də qeyd edilib ki, belə binalarla bağlı Komitə tərəfindən daxil olan məlumatlar əsasında yoxlamalar aparılır. Qanunsuzluq aşkar edilərsə, həmin tikililər sökülür.
Tikinti məsələləri üzrə ekspert Muxtar Ərturan isə deyib ki, bina tikilib istismara verildikdən sonra orada əlavə dəyişiklərin aparılmasına icazə yoxdur. Bununla bağlı inşaat şirkətləri üzərinə öhdəlik götürürlər.
Daha ətraflı:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...