Kiyev səmasında naməlum uçan obyekt görünüb

Kiyev səmasında naməlum uçan obyekt görünüb
Kiyev səmasında naməlum uçan obyekt görünüb.

APA xəbər verirki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb. Fevralın 14-də Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat Ukrayna ərazisi üzərində hava şarlarının qeydə alındığını bildirib.

İqnatın sözlərinə görə, onların Rusiya Federasiyası ərazisindən göndərildiyi iddia edilir. Fevralın 12-də ABŞ ordusu dördüncü hava şarını vurub.

Buraya ABŞ-ı keçən və Atlantik okeanı üzərində ələ keçirilmiş Çin şarı daxildir. ABŞ səlahiyyətliləri hava şarının casusluq məqsədilə buraxıldığını bildirib.

Pekin, öz növbəsində, bunun itirilmiş mülki hava şarı olduğunu iddia edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...