Azərbaycanda partiya sədri saxlanıldı - Araşdırma başlanıldı

Azərbaycanda partiya sədri saxlanıldı -
Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun saxlanıldığı bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşularkən saxlanılıb.

Rza Səfərsoyun həyat yoldaşı da deyib ki, onunla sonuncu dəfə məhkəmənin qarşısında olarkən danışıb, həmin vaxtdan da əlaqə kəsilib.

Rza Səfərsoy isə öz feysbuk səhifəsində AXCP üzvü Əlzamin Salayevə azadlıq tələb etdiyini, 20 fevral, saat 12:00-da onun məhkəməsi keçiriləcəyini bildirib.

Rza Səfərsoyun saxlanılması xəbərini Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də təsdiqləyib. E.Hacıyev bildirib ki, Rza Səfərsoyla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı verilmiş şikayətə baxılıb. Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və ictimai fəalı azadlığa buraxmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...