Erməni generalın nədə ittiham olunduğu açıqlanıb

Erməni generalın nədə ittiham olunduğu açıqlanıb
Ermənistanın 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun saxlanılmasının səbəbi açıqlanıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, o, çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumata görə, Xaçaturov 2006-2010-cu illərdə hərbi hissələrdən birinin komandiri olduğu vaxtda vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Xatırladaq ki, Xaçaturov fevralın 20-də saxlanılıb. Onun həbsi ilə bağlı bu gün məhkəmənin vəsatət qaldıracağı gözlənilir.

General Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəhbəri və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. 2021-ci ilin iyulunda kiçik Xaçaturov 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad olunub. O, daha sonra bir neçə dəfə müxalifətin hökumət əleyhinə etiraz aksiyalarında iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...