General: "Ehtiyac olarsa, Hatayda Azərbaycan xilasedicilərinin sayını artıra bilərik"

General: "Ehtiyac olarsa, Hatayda Azərbaycan xilasedicilərinin sayını artıra bilərik"
"Ehtiyac olarsa, Hatayda Azərbaycanın xilasedicilərinin sayını artıra bilərik".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O, xatırladıb ki, hazırda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin böyük qüvvəsi Türkiyənin Hatay şəhərində axtarış-xilasetmə işlərini davam etdirir.

Nazir müavini bildirib ki, orada həm yerli, həm də könüllü qüvvələr fəaliyyət göstərir: "Bizim 114 nəfərdən ibarət şəxsi heyətimiz Hatayda 24 saat axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir. Əgər ehtiyac olarsa, Hatayda qüvvələrimizin sayını artıra bilərik. Hazırda isə belə bir ehtiyac yoxdur. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi tərəfindən belə bir ehtiyac duyularsa, biz bunun icrasını təmin edəcəyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...